
İnternetdə İsrailin Baş naziri Benyamin Netanyahunun gülümsəyərək İranın yüksək vəzifəli məmurlarını öldürmək əmrini verdiyini göstərən bir foto yayılıb.
Yeniavaz.com xəbər verir ki, foto bu gün, 17 martda Netanyahunun ofisi tərəfindən “X” sosial şəbəkə səhifəsində dərc edilib.
“Foto: Baş nazir Benyamin Netanyahu İran rejiminin yüksək vəzifəli rəsmilərinin öldürülməsini əmr edir”, - deyə şərhdə bildirilir.
Şəkildə İsrail baş nazirinin ofisində, tabeliyində olan bəzi işçilərin əhatəsində oturub qulağına telefon dəstəyi tutduğu görünür. Yaxınlıqda dayanan bir nəfər kağıza nəsə yazır, Netanyahu isə gülümsəyir.
Qeyd edək ki, bu gün İsrailin müdafiə naziri İsrael Kats İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin və “Bəsic” milis qüvvələrinin komandiri Qulamrza Süleymaninin öldürüldüyünü elan edib. Bundan sonra Laricaninin “X” sosial şəbəkə səhifəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin Şri-Lanka sahillərində ölkənin “IRIS Dena” freqatına hücumu nəticəsində həlak olan iranlı dənizçilərə başsağlığı məktubu yayılıb.
Xatırladaq ki, bir neçə gündür ki, mediada İsrail Baş nazirinin öldüyü barədə məlumatlar yayılır. Bir neçə Qərb eksperti buna inanmaq üçün bir neçə səbəb olduğunu iddia edir. Netanyahunun ölümünün iddia edilən sübutları arasında, ehtimal ki, süni intellektdən istifadə edilərək hazırlanan siyasətçinin əlindəki üzüyün qəfildən yoxa çıxıb yenidən peyda olduğu bir video da var.
Tətbiqimizi yükləyə bilərsiniz