
Pentaqon rəsmiləri ABŞ Prezidenti Donald Trampa təqdim edilən hərbi planlara İranla münaqişənin mümkün sona çatması ilə bağlı variantlar daxil ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “NBC News” telekanalı mənbələrə istinadla məlumat verib
Məlumata görə, döyüş planına Ağ Evin İrana təzyiqi artırmağa çalışacağı təqdirdə həm münaqişənin sona çatması, həm də onun şiddətlənməsi variantları daxildir. Lakin kanalın mənbələri bu variantların necə formalaşacağını dəqiqləşdirməyib.
Digər tərəfdən, bu məsələdə ABŞ administrasiyasının müşavirləri arasında fikir ayrılığı var.
Münaqişənin sona çatmasına tərəfdar olanlar xüsusilə hərbi əməliyyatların başlanğıcından bəri müşahidə olunan qlobal iqtisadi qeyri-sabitliyi əsas gətirirlər. Çünki, ABŞ hakimiyyəti artan neft qiymətləri ilə mübarizə apardıqca münaqişənin sona çatması üçün variantlar getdikcə daha vacib hal alır.
Telekanalın məlumatına görə, buna baxmayaraq, əməliyyatın müddəti hər gün dəyişə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz