“Oskar” iştirakçıları “Dolby Theatre”ı zibilxanaya çevirdilər


98-ci Oskar mükafatlandırma mərasimindən sonra zalda qalan zibillər sosial mediada müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, “Dolby Theatre”a səpələnmiş plastik su şüşələrini, qəlyanaltı torbalarını və popkorn qutularını əks etdirən bir foto internetdə yayıldıqdan sonra viral olub.
Belə ki, foto qısa bir vaxtda beş milyondan çox baxış toplayıb.
Fotonu tənqid edənlər olduğu kimi, müdafiə edənlər də olub.
“Hollivud” bizə ətraf mühitə qayğı göstərməyi öyrədir, amma özündən sonra zibilxana qoyur - Bu, son ikiüzlülükdür. Qırmızı xalça dəyişir, amma vərdişlər qalır”, - istifadəçilərdən biri qeyd edib.
Bir istifadəçi isə “Həmişəki kimi varlılar bulaşdırır, kasıblar təmizləyir”, - deyə qeyd edib.
Başqa bir istifadəçi isə əsl “Oskar” mükafatına layiq olanların təmizlik işçiləri olduğunu bildirib.
Akademiyadakı bir mənbə isə fotonun kontekstdən kənar çəkildiyini və zibilin qəsdən atıldığını iddia edib.
Bir sosial media istifadəçisi isə məşhurları müdafiə edərək, qeyd edib ki, zibil qırmızı xalçada və ya məşhurların oturduğu VIP zonalarda deyil, Akademiya üzvləri və tamaşaçılar üçün ayrılmış ərazilərdədir.
Başqa bir istifadəçi isə “Problem məşhurlarda deyil, mədəniyyətdədir”, - deyə yazıb.

DİGƏR XƏBƏRLƏR

Top