İsrail “Bəsic” komandirini zərərsizləşdirdiyini bildirir


İsrail Müdafiə Qüvvələri (İDF) İranda gecə saatlarında həyata keçirilən hücumda “Bəsic” milis qüvvələrinin komandiri Qulamrza Süleymaninin öldürüldüyünü bildirib.
Yeniavaz.com
“Times of İsrael” qəzetinə istinadla xəbər verir ki, Süleymani “Bəsic” tərəfindən qurulan çadır düşərgəsində olarkən hədəf alınıb.
İDF-in məlumatına görə, “Bəsic” çadır düşərgəni ordu qərargahlarının vurulmasından sonra qurub.
İDF-in bildridiyinə görə, zərbə nəticəsində “Bəsic” komandirinin müavini və digər yüksək vəzifəli şəxsləri də həlak olub.
“Bəsic”in rejim əleyhinə etirazların şiddətlə yatırılmasında iştirak etdiyi və saysız-hesabsız İran mülki vətəndaşının ölümünə səbəb olduğu iddia edilir.

DİGƏR XƏBƏRLƏR

Top