
Bu ilin yanvar ayında Azərbaycandan Özbəkistana 65, Türkiyəyə isə 30 baş diri ətlik at ixrac edilib.
Yeniavaz.com xəbər verir ki, Özbəkistana ixrac edilən bir baş atın orta gömrük dəyəri 200 dollar (340 manat), Türkiyəyə ixrac edilən bir baş atın orta gömrük dəyəri isə 270 dollar (460 manat) olub.
Məlumat üçün bildirək ki, Azərbaycan ötən ilin eyni dövründə Türkiyəyə 244 dollardan 9 baş diri at ixrac edib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında diri at ixracı 10 dəfədən çox artıb.
Onu da qeyd edək ki, Azərbaycanda diri at (ətlik istiqamət üzrə) ixracına ilk dəfə 2016-cı ildə başlanılıb və bu ilin fevral ayının əvvəlinə kimi 22 min 914 baş diri at satılıb.

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz