
Bu ilin yanvar ayında Azərbaycandan Ermənistana 2 milyon 403,6 min dollar dəyərində benzin və dizel ixrac olunub.
Yeniavaz.com xəbər verir ki, yanvar ayında Azərbaycandan Ermənistana 979,46 ton “Aİ-92”, 1 743,22 ton “Aİ-95” markalı benzin və 956,03 ton dizel yanacağı satılıb.
Məlumat üçün bildirək ki, Ermənistana satılan “Aİ-92” markalı benzinin 1 litrinin orta gömrük dəyəri 88 qəpik (52 sent), “Aİ-95” markalı benzinin 1 litrinin orta gömrük dəyəri 87 qəpik (51 sent), dizelin 1 litrinin orta gömrük dəyəri isə 85 qəpik (50 sent) olub.
Onu da qeyd edək ki, Azərbaycan Ermənistana ötən ilin dekabr ayından etibarən benzin ixrac edir. Dekabr ayında Ermənistana 788,8 min dollar dəyərində 1 210,28 ton “Aİ-95” markalı benzin (1 litrinin orta gömrük dəyəri isə 85 qəpik) ixrac edilib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz