Müctəba Xamenei hücumdan necə sağ çıxıb? – Yeni detallar


İranın yeni ali lideri Ayətullah Müctəba Xamenei fevralın 28-də hava hücumundan qısa müddət əvvəl binanı tərk etdiyi üçün ölümdən xilas olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Nəşr eyni hücumda öldürülən İranın Ali Lideri Ayətullah Əli Xameneinin Protokol rəisi Məzahir Hüseyninin səs yazısına istinad edib.
Məlumata görə, Hüseyni martın 12-də Tehranda yüksək vəzifəli ruhanilər və İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandirləri ilə qapalı görüşdə çıxış edib.
“The Daily Telegraph” qəzeti iddia edir ki, səs yazısının həqiqiliyi müstəqil yoxlama yolu ilə təsdiqlənib.
“Bu, Allahın iradəsi idi: Müctəba Xamenei hansısa bir iş üçün həyətə çıxmalı və sonra geri qayıtmalı idi. O, çöldə idi və artıq yuxarı mərtəbəyə qalxırdı ki, binaya raket dəydi. Həyat yoldaşı xanım Zəhra Hadad Adel dərhal həlak oldu”, - deyə qəzet Hüseyninin sözlərinə istinadla bildirib.
O, İranın yeni ali liderinin zərbə nəticəsində yalnız yüngül ayaq zədəsi aldığını və oğlunun da öldüyünü qeyd edib.
Səs yazısı həmçinin göstərir ki, hücum birbaşa Xamenei ailəsinin yaşadığı ərazini hədəf alıb. Partlayışlar son dərəcə güclü olub və Əli Xameneinin hərbi bürosunun rəhbəri Məhəmməd Şirazinin öldürüldüyü, cəsədinin parçalara bölündüyü bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top