
Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed Martin C-130J-30 Super Hercules” təyyarəsi Ermənistan üzərindən Azərbaycana uçuş həyata keçirib.
Yeniavaz.com “Sputnik Ermənistan” portalına istinadla xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Bufarikdən Bakıya uçuş diplomatik məqsədlər üçün həyata keçirilib.
Qeyd edək ki, təyyarə fevral ayında Ankaradan Bakıya və Bakıdan Bufarikə (Əlcəzair) uçuşlar üçün Ermənistan hava məkanından istifadə edib.
Tətbiqimizi yükləyə bilərsiniz