
28 fevraldan bəri İsraildə İran və Livandan raket hücumları nəticəsində 3369 nəfər xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Fevralın 28-i “Aslanın nəriltisi” əməliyyatının başlanğıcından martın 16-na qədər 3369 nəfər xəstəxanalara yerləşdirilib, onlardan 81-i hazırda xəstəxanadadır”, - bəyanatda deyilir.
Nazirlik əlavə edib ki, bir qurbanın vəziyyəti kritik, yeddisinin vəziyyəti ağır, 14-ünün vəziyyəti orta, digər 59 yaralının vəziyyəti isə yüngül qiymətləndirilir.
Tətbiqimizi yükləyə bilərsiniz