
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti bir neçə nəslin oyunçularından ibarət bütün zamanların ideal Braziliya komandasını tərtib edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
“Qapıya Didanı qoya bilərdim. Sağda Kafu, mərkəz müdafiəsində Militao və ya Tiaqo Silva, solda isə Marselo. Yarımmüdafiədə Kazemiro, Kaka... Əminəm ki, kimisə unuduram. Sağda Rodriqo, solda Vinisius, hücumda isə böyük bir seçimim var: Ronaldo, Rivaldo, Ronaldinyo... çoxdur”, - Ançelotti deyib.
Qeyd edək ki, italyan məşqçi 2025-ci ilin may ayından bəri Braziliya komandasına rəhbərlik edir və bu müddət ərzində komandaya səkkiz oyunda rəhbərlik edib, dörd qələbə qazanıb, iki heç-heçə edib və ikisində məğlub olub.
Tətbiqimizi yükləyə bilərsiniz