“Şimali Koreya Rusiyaya 11 milyona qədər sursat ötürüb” − KİV


“İki il yarım ərzində Şimali Koreya hakimiyyəti Rusiya ordusuna milyonlarla sursat tədarük edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Britaniya Açıq Mənbə Mərkəzinin analitikləri ilə birlikdə Şimali Koreyadan Rusiyaya silah daşıyan gəmilərin hərəkəti ilə bağlı sənədlərə çıxış əldə edən “Vajnie istorii” məlumat yayıb.
Onların məlumatlarına görə, 2023-cü ilin yayından bəri dörd Rusiya gəmisi Şimali Koreyaya ən azı 112 səfər edərək Rusiya ordusuna 8 ilə 11 milyon sursat çatdırıb.
Bildirilib ki, orta hesabla Şimali Koreya Rusiyaya ayda təxminən 350.000 sursat tədarük edib. Bu miqdar Rusiya ordusunun təxminən bir aylıq hücum əməliyyatlarını davam etdirməsi üçün kifayətdir.
Qeyd edilib ki, zaman keçdikcə Şimali Koreyadan sursat tədarükünün həcmi azalıb. 2026-cı ilin əvvəlindən bəri jurnalistlər yalnız bir belə səfər aşkar ediblər. Bu, Rusiyanın öz mərmi istehsalını artırması və ya Şimali Koreyanın ehtiyatlarının tükənməsi ilə izah edilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top