“Meta” və “Nebius” Sİ-yə 27 milyard investisiya yatıracaqlar


Amerikanın “Meta” şirkəti və “Yandex”in keçmiş ana şirkəti olan Niderlandın “Nebius” şirkəti süni intellekt (Sİ) infrastrukturuna beş il ərzində 27 milyard dollar investisiya qoymaq barədə razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Nebius” məlumat yayıb.
“Nebius Group” şirkəti “Meta” ilə süni intellekt (Sİ) infrastrukturunun təchizatı üçün yeni uzunmüddətli müqavilə imzalayıb və bu da şirkətlər arasında əməkdaşlığı gücləndirib”, - açıqlamada bildirilir.
Müqaviləyə əsasən, “Nebius” 2027-ci ilin əvvəlində 12 milyard dollar dəyərində qiymətləndirilən xüsusi Sİ infrastruktur tutumu təmin edəcək. “Meta” 15 milyard dollar dəyərində əlavə tutum almağı öhdəsinə götürüb.

DİGƏR XƏBƏRLƏR

Top