“Bu, bizim müharibəmiz deyil” − Almaniyadan Trampa cavab


Almaniya ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün hərbi gəmilər göndərmək çağırışını təmin etməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat yayıb.
“Bu, bizim müharibəmiz deyil və biz onu başlamamışıq. Biz diplomatik həllər və müharibəyə tez bir zamanda son qoymaq istəyirik, lakin bölgədə əlavə hərbi gəmilər əlbəttə ki, kömək etməyəcək”, -Pistorius bildirib.
O, ABŞ və İsrailin bu yolu seçdiyini vurğulayıb:
“Biz bunu tənqid etdik. Lakin növbəti addım indi bizi bu münaqişəyə sürükləmək təhlükəsi ilə üzləşdirir”.
Qeyd edək ki, Tramp Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və digər ölkələrin gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün Hörmüz boğazına hərbi gəmilər göndərəcəyinə ümid etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top