“Real” oyunçuların transfer qiymətinə görə liderliyini itirdi


Nüfuzlu “Transfermarkt” portalı “Real Madrid” oyunçularının transfer qiymətlərini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, portalın məlumatına əsasən “Real Madrid”in heyətinin qiyməti 49,5 milyon avro azalaraq, 1,31 milyard avroya düşüb.
Bununla da, klub dünyanın ən bahalı heyətinə sahib komandalar siyahısında birinci yeri “Mançester Siti” ilə bölüşməli olub.
Transfer qiyməti düşən 12 “Real Madrid” oyunçusu arasında 18 yaşlı Franko Mastantyunyu (-5 milyon avro), uzun müddət zədə alan Rodriqo (-10 milyon avro), mərkəz müdafiəçiləri Din Hyoysen (-5 milyon avro) və Antonio Rüdiger (-3 milyon avro) də var.
Qeyd edək ki, “Real Madrid” İspaniya çempionatında 28 oyundan sonra 66 xalla turnir cədvəlində ikinci yerdədir. O, lider “Barselona”dan dörd xal geri qalır.

DİGƏR XƏBƏRLƏR

Top