Xərclərimizin 54%-dən çoxunu yeyib-içməyə sərf edirik


Bu ilin ilk 2 ayı ərzində Azərbaycanda əhalinin bir nəfəri orta hesabla ayda 491,5 manatlıq, o cümlədən 267,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 224,4 manatlıq qeyri-ərzaq malları alıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin bir nəfərinin xərclədiyi aylıq vəsaitin məbləği 39,7 manat artıb.
Belə ki, ötən ilin ilk 2 ayında əhalinin bir nəfəri orta hesabla ayda 451,8 manat xərcləyib.
Qeyd edək ki, ötən ilin ilk 2 ayında xərclənən vəsaitin 54,8%-i (247,7 manat) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşürdüsə, bu ilin ilk 2 ayında xərclənən vəsaitin 54,3%-i (267,1 manat) ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşüb.
Onu da bildirək ki, bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 10,1 milyard manatlıq, o cümlədən 5,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top