Trampın dəstək çağırışına ölkələr necə reaksiya verdi?


ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının təhlükəsizliyinə dəstək çağırışına müxtəlif ölkələr fərqli reaksiyalar verib.
Yeniavaz.com
CNN-ə istinadən xəbər verir ki, Donald Tramp jurnalistlərə açıqlamasında bir neçə ölkəyə Hörmüz boğazının təhlükəsizliyinə dəstək vermələri üçün müraciət etdiyini və müəyyən müsbət reaksiyalar aldığını bildirib.
“Bugün və dünən gecə bəzi ölkələrlə əlaqə saxlanıldı və müəyyən müsbət cavablar aldıq. Bir neçəsi isə iştirak etmək istəmədiklərini bildirdi”, - deyən Tramp konkret hansı ölkələrlə əlaqə saxlandığını açıqlamayıb.
Qeyd edək ki, hazırda bir neçə ölkə Trampın çağırışına rəsmi cavab verib, lakin heç biri boğaza gəmilərin göndərilməsini təsdiqləməyib.
Çin - Gəmiləri göndərmək barədə heç bir açıqlama verməyib, lakin yaranan münaqişə ilə bağlı narahatlıq ifadə edib. Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian bildirib ki, Çin və ABŞ liderləri arasında planlaşdırılan sammitlə bağlı ünsiyyət davam edir.
Yaponiya - Baş nazir Sanae Takaiçi bildirib ki, ölkə gəmiləri göndərmək barədə hələ qərar verməyib və hüquqi çərçivədə müstəqil olaraq nə edə biləcəklərini araşdırır.
Avstraliya - Gəmilərin göndərilməyəcəyini bildirib. Nəqliyyat naziri Ketrin Kinq bazar ertəsi günü qeyd edib: “Bunun nə qədər vacib olduğunu bilirik, amma bu, bizdən tələb edilməyib və biz buna qatılmırıq”.
Cənubi Koreya - Trampın çağırışını diqqətlə nəzərdən keçirəcəyini açıqlayıb. “Biz bu məsələ ilə bağlı ABŞ ilə sıx əlaqədə olacağıq və diqqətli araşdırmadan sonra qərar verəcəyik”, - bu məlumat Prezident administrasiyasının bəyanatında yer alıb.
Birləşmiş Krallıq - Enerji naziri Ed Miliband bazar günü bildirib ki, ölkə Hörmüz Boğazının təhlükəsizliyinə dəstək üçün mövcud bütün variantları araşdırır. O, detallar verməyib, lakin qeyd edib ki, bu variantlar nəzərdən keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top