İrana qarşı əməliyyat payıza qədər davam edə bilər


ABŞ-nin müttəfiqləri, Amerikanın İrana qarşı əməliyyatı aşağı intensivlikli rejimə endirsə belə, Yaxın Şərqdəki mövcud münaqişənin sentyabr ayına qədər davam edəcəyini gözləyirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı Vaşinqtonla müttəfiq olan üç ölkədəki hökumət mənbələrinə istinadla məlumat yayıb.
Portal qeyd edir ki, Ağ Ev rəsmiləri tərəfindən əvvəllər elan edilən müxtəlif müddətlərə əsasən, Vaşinqton əməliyyatın dörd-altı həftə davam edəcəyini gözləyirdi. Bu baxımdan, 1 aprel (əməliyyatın 33-cü günü) ABŞ üçün dönüş nöqtəsi ola bilər.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki hədəflərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hədəflərinə zərbələr endirilib. İrana endirilən zərbələr nəticəsində Ali Rəhbər Ayətullah Əli Xamenei və İran rəhbərliyindəki bir neçə digər əsas şəxs həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top