
İranın Ali Liderini daşıyan təyyarə Tehranda İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində məhv edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, paytaxtın Mehrabad hava limanı bazar ertəsi gecəsi yenidən hökumət təyyarəsinə hədəflənmiş hücuma məruz qalıb.
İsrail ordusunun məlumatına görə, təyyarədən keçmiş Ali Lider Ayətullah Əli Xamenei və digər yüksək vəzifəli İran rəsmiləri istifadə edib.
Qeyd edək ki, son günlərdə İsrail ordusu Mehrabad hava limanına ən azı dörd dəfə zərbələr endirdiyini elan edərək radarları, hava hücumundan müdafiə sistemlərini, hərbi təyyarələri və hərbi nəqliyyat təyyarələrini hədəfə alıb.
Tətbiqimizi yükləyə bilərsiniz