Ərəb Liqası silahlı qüvvələr yaradır?


Ərəb Dövlətləri Liqası (ƏDL) İranın Fars körfəzinə endirdiyi zərbələr fonunda ümumərəb hərbi kontingentinin yaradılması ideyasını araşdırır.
Yeniavaz.com
“Ash-Shorouq” portalına istinadlə xəbər verir ki, bu barədə təşkilatın baş katibinin müavini Hüssam Zəki bildirib.
“Bu təşəbbüs yaxın günlərdə Misirdə yenidən gündəmə gəlib, çünki ilk dəfə 2015-ci ildə ümumərəb qüvvələrinin yaradılmasını təklif edən Misir Prezidenti Əbdülfəttah əs-Sisi olub. Ərəb Liqasında biz bu məsələni araşdırırıq və növbəti iclasda yenidən müzakirəyə çıxarmağa hazırıq”, - o qeyd edib.
Təşkilatın baş katibinin müavini həmçinin qeyd edib ki, İranın Fars körfəzinə davam edən hücumları ərəb dövlətlərini ortaq silahlı qüvvələrin yaradılması ideyasını müzakirə etməyə sövq edib.
“Hər bir ərəb dövlətinin təcavüzə cavab vermək üçün qanuni hüququ var və Ərəb Liqası bu hüququ tam dəstəkləyir”, - Zəki əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top