Yenidən “Barselona”nın prezidenti seçildi


Joan Laporta üçüncü müddətə İspaniyanın “Barselona” futbol klubunun prezidenti seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, seçkilər martın 15-də baş tutub və yekun nəticələr 16 martda elan olunub.
Laporta səslərin 68,18%-ni (32 934 səs) toplayıb. Onun rəqibi Viktor Font isə səslərin 29,78%-ni (14 385 səs) qazanıb.
Qeyd edək ki, 63 yaşlı Laporta 2021-ci ildən bəri “Barselona”nın prezidentidir. O, əvvəllər bu vəzifəni 2003-cü ildən 2010-cu ilə qədər tutub. Onun rəhbərliyi altında komanda altı İspaniya çempionluğu, üç İspaniya Kuboku, iki Çempionlar Liqası, bir UEFA Super Kuboku və bir Klublararası Dünya Kubokunu qazanıb.
Xatırladaq ki, 53 yaşlı Font bundan əvvəl də (2021-ci il) “Barselona” prezidenti seçkilərində Laportanın rəqibi olub.

DİGƏR XƏBƏRLƏR

Top