
İranın İnqilab Keşikçiləri Korpusu martın 15-də İsrailə növbəti raket zərbəsi endirdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, hücum “Əsl Vəd 4” əməliyyatı çərçivəsində həyata keçirilib və bu, əməliyyatın 54-cü raket zərbəsi olub.
İranın İnqilab Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Ofisinin açıqlamasına görə, hücum zamanı bir neçə növ raket istifadə olunub. Onların arasında iki tonluq döyüş başlığı ilə təchiz edilmiş “Xorrəmşəhr” raketləri də var. Bundan başqa “Xaybar Şekan, “Qədr” və “Emad” raketlərinin də buraxıldığı bildirilib.
Açıqlamada qeyd olunub ki, əməliyyat zamanı ilk dəfə olaraq “Sedjil” adlı strateji bərk yanacaqlı raketdən istifadə edilib. Bu raketin İsrailin hava əməliyyatları ilə bağlı komandanlıq və qərar qəbuletmə mərkəzlərini hədəf aldığı iddia edilir.
Tətbiqimizi yükləyə bilərsiniz