“Jetlag” problemini azaltmağın sadə qaydaları


Uzun məsafəli uçuşlardan sonra bir çox insan “jetlag” problemi ilə qarşılaşır.
Yeniavaz.com
xəbər verir ki, bu zaman bədənin bioloji saatı yeni saat qurşağına uyğunlaşa bilmir. Nəticədə yorğunluq, yuxu problemləri və həzm pozğunluğu yarana bilər.
“Jetlag” əsasən bir neçə saat qurşağını keçən uçuşlardan sonra baş verir. Xüsusilə şərq istiqamətinə uçuşlarda bədənin uyğunlaşması daha uzun çəkir. Təxminən hər saat fərq üçün bir gün lazım olur. Qərbə uçuşlarda uyğunlaşma bir qədər tez baş verir.
Mütəxəssislərin sözlərinə görə, bədənin uyğunlaşmasına üç əsas amil təsir edir:
- yuxu rejimi
- işıq
- qidalanma
Ekspertlər “jetlag”ı azaltmaq üçün bir neçə sadə qaydanı da tövsiyə edir:
- uçuşdan 3–5 gün əvvəl yuxu saatını tədricən dəyişmək
- səhərlər daha parlaq işıqda olmaq
- axşam saatlarında işığı azaltmaq
- qidalanma və kofein istifadəsini tənzimləmək
- enişdən sonrakı ilk günlər üçün yeni yuxu planı
- uçuş zamanı daha çox su içmək
- spirtli içkilərdən uzaq durmaq
- ağır yeməklərdən qaçmaq
- təyyarədə qısa hərəkətlər və gəzintilər etmək
- enişdən sonra gündüz işığında daha çox vaxt keçirmək

DİGƏR XƏBƏRLƏR

Top