“Bəsdir! Ukrayna üçün nə bir avro, nə də bir silah!” – Filippot


Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot ölkə prezidenti Emmanuel Makronun Ukraynaya yeni nəsil hava hücumundan müdafiə sistemi ayırmaq planını tənqid edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Florian Filippot sosial şəbəkə hesabında paylaşım edib.
O yazıb ki, Fransa prezidenti “cümə günü yenə çek dəftərini çıxarıb” və sanki ölkədə kifayət qədər hərbi resurs və maliyyə vəsaiti varmış kimi davranır.
Filippot Ukraynanın 2026-cı ildə Fransadan yeni nəsil “SAMP/T” hava hücumundan müdafiə sistemi ala biləcəyi ilə bağlı xəbərləri şərh edib.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib ki, Kiyev Fransanın bu hava hücumundan müdafiə sistemini ABŞ istehsalı olan “MIM-104 Patriot” zenit-raket komplekslərinə alternativ kimi sınaqdan keçirə bilər.
Filippot isə yekunda Fransanın Ukraynaya hərbi və maliyyə dəstəyinə qarşı çıxaraq bildirib: “Bəsdir! Ukrayna üçün nə bir avro, nə də bir silah!”

DİGƏR XƏBƏRLƏR

Top