Rusiyanın İsfahandakı baş konsulluğu fəaliyyətini dayandırdı


Rusiyanın İrandakı İsfahan şəhərində yerləşən baş konsulluğu mövcud təhlükəsizlik vəziyyəti səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə diplomatik missiyanın mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.
Açıqlamada bildirilib ki, İranda yaranmış münaqişə şəraiti ilə əlaqədar konsulluğun işi dayandırılır və konsulluq xidmətlərinin bərpası ilə bağlı əlavə məlumat daha sonra təqdim ediləcək.
Diplomatik nümayəndəlik Rusiyaya məxsus vətəndaşlara zərurət yaranacağı halda xüsusi yaradılmış qaynar xəttə müraciət etməyi tövsiyə edib.
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, bundan əvvəl – martın 8-də baş konsulluq binası yaxınlığında yerləşən vilayət qubernatorunun ofisinə hücum edilib. Onun sözlərinə görə, hadisə nəticəsində konsulluq binasında və əməkdaşların yaşadığı mənzillərdə pəncərələr sınıb.
Zaxarova qeyd edib ki, partlayış dalğası bir neçə əməkdaşı yerə yıxsa da, hadisə zamanı ölən və ya ciddi xəsarət alan olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top