Regiondakı ABŞ texnologiya şirkətləri də İranın hədəfi ola bilər – “Tasnim”


Mümkün münaqişə eskalasiyası halında bəzi ABŞ texnologiya şirkətlərinin obyektləri İran tərəfindən qanuni hədəf kimi qiymətləndirilə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Məlumatda xüsusilə “Google”, “Microsoft”, “Amazon”, “Nvidia”, IBM, “Oracle Corporation” və “Palantir Technologies” kimi şirkətlərin adı çəkilir.
Agentliyin qeydinə görə, bu şirkətlərin Fars körfəzi ölkələrində və digər regionlarda ofisləri, məlumat mərkəzləri və mühüm texnoloji infrastrukturu fəaliyyət göstərir. Münaqişə genişlənəcəyi təqdirdə həmin obyektlərin potensial hədəfə çevrilə biləcəyi bildirilir.
Agentlik həmçinin xəbərdarlıq edir ki, əməkdaşlar və yerli sakinlər bu şirkətlərin ofisləri və texnoloji obyektlərinə yaxın ərazilərdə olmaqdan çəkinməlidirlər. Çünki belə obyektlər müdafiə və hücum əməliyyatları çərçivəsində qanuni hədəf kimi qiymətləndirilə bilər.
Məlumatda vurğulanır ki, mümkün eskalasiya yalnız ənənəvi hərbi zonalarla məhdudlaşmaya bilər və iqtisadi, eləcə də texnoloji infrastrukturu da əhatə edə bilər. Bu isə regionda yerləşən müvafiq obyektlərin risk səviyyəsini artırır.

DİGƏR XƏBƏRLƏR

Top