
Ermənistanın Baş naziri Nikol Paşinyanın alçadan hazırlanan lavaş turşusu ilə çay içməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, həmin görüntüləri Paşinyan öz sosial şəbəkə hesabında paylaşıb.
Sosial şəbəkə istifadəçilərinin bir qismi qeyd edib ki, lavaş turşusu ilə çay içmək nə qastronomik qaydalara, nə də normal qidalanma vərdişlərinə uyğun sayılır.
İzləyicilərin bir çoxu bu addımı Paşinyanın “xalq adamı” obrazı yaratmaq üçün etdiyi uğursuz piar addımı kimi qiymətləndirib. Bəzi istifadəçilər isə ironik şəkildə bildiriblər ki, alça turşusu (turşu lavaşı) ilə çay içmək mədə-bağırsaq sistemi üçün arzuolunmaz nəticələr yarada bilər.
Tətbiqimizi yükləyə bilərsiniz