
Ötən gün İspaniya La Liqasında XXVIII turu çərçivəsində “Real Madrid” öz meydanında “Elche CF” komandasını qəbul edib.
Yeniavaz.com xəbər verir ki, görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunun ən yadda qalan anı isə Arda Gülerin vurduğu möhtəşəm qol olub.
Belə ki, futbolçu 89-cu dəqiqədə rəqib qapıçının irəli çıxdığını görərək təxminən 72 metrdən zərbə endirib və topu qapıdan keçirərək fərqlənib.
Həmin qol qısa müddətdə sosial şəbəkələrdə də geniş müzakirə olunmağa başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz