“Türkiyə milli təhlükəsizlik məsələlərində güzəştə getməyəcək” − Fidan


Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin milli təhlükəsizlik məsələlərində güzəştə getmək niyyətində olmadığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu şərhi İrandan atılan və Türkiyə hava məkanında vurulan raketlərlə bağlı hadisələri şərh edərkən deyib.
“Sülh və sabitliyə nail olmaq üçün səmimi səylərimiz, eləcə də anlayışımız və konstruktiv yanaşmamız heç bir şəkildə milli təhlükəsizliyimiz məsələlərində güzəştə gedəcəyimiz anlamına gəlmir. Bildiyiniz kimi, dünən ölkəmizə yönəlmiş daha bir raket havada zərərsizləşdirilib. Bu ciddi hadisə ilə bağlı iranlı həmkarlarımızla birbaşa əlaqə saxlayırıq”, - nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top