“Bir neçə ölkə Hörmüz boğazına hərbi gəmilər göndərəcək” − Tramp


“Bəzi ölkələr Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün hərbi gəmilər göndərmək niyyətindədirlər”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb. 
“Bir çox ölkələr, xüsusən də İranın Hörmüz boğazını bağlamasından təsirlənənlər, ABŞ ilə birlikdə Hörmüz boğazını açmaq və təhlükəsizliyini təmin etmək üçün hərbi gəmilər göndərəcəklər”, - Tramp yazıb. 
O, digər ölkələrlə yanaşı, Böyük Britaniya, Çin, Koreya Respublikası, Fransa və Yaponiyanı da belə bir addım atmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top