“Mən onun sevimli oğlu deyiləm” − Zelenski


Ukrayna lideri Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla münasibətlərini qiymətləndirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “France Inter”ə verdiyi müsahibədə bildirib.
“Bizim yaşlarımız fərqlidir və bəlkə də bu fərqə görə o, ata-oğul münasibətləri gözləyir. Amma mən onun sevimli oğlu deyiləm”, - o deyib.
Zelenski Trampı dostu adlandıra bilməyəcəyini vurğulayıb. Misal olaraq, Ukrayna prezidenti Fransa lideri Emmanuel Makronla münasibətlərini misal gətirib:
“Onunla birlikdə yol qət edib, çətin anlarda bir-birimizə kömək etmişik”.
 

DİGƏR XƏBƏRLƏR

Top