İran Ukraynanı Tehran üçün qanuni hədəf adlandırdı


“Ukraynanın İsrail və ABŞ-yə kömək etməyi onun ərazisini İran üçün qanuni hədəfə çevirir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkə parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi sosial media səhifəsində bildirib.
Onun sözlərinə görə, Kiyevin hərəkətləri onu faktiki olaraq münaqişəyə cəlb edib:
“Dağılan Ukrayna faktiki olaraq özünü müharibəyə cəlb edib və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, bütün ərazisini İran üçün qanuni hədəfə çevirib”.
Qeyd edək ki, bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin artıq üç Yaxın Şərq ölkəsinə pilotsuz uçuş aparatlarına qarşı ekspert qrupları göndərdiyini açıqlayıb. 

DİGƏR XƏBƏRLƏR

Top