Çində yaşlı qadını qorxudan humanoid robot polis tərəfindən “saxlanıldı” − Video


Çinin Makao şəhərində yaşlı bir qadının iştirakı ilə baş verən hadisədən sonra humanoid robot polis tərəfildən “saxlanılıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Futurism” yerli mediaya istinadən məlumat yayıb.
Polisin məlumatına görə, hadisə axşam saatlarında Patan rayonunda yaşayış kompleksinin yaxınlığında baş verib. Saat 21:00 radələrində 70 yaşlı qadın küçədə telefonuna baxarkən arxasında “Unitree G1” humanoid robotu görüb. İnternetdə yayılan videoda qadın emosional olaraq narazılığını ifadə edir və robotun onu qorxutduğu iddia edir.
Kadrlarda robotun qollarını qaldırdığı, bundan sonra iki polis məmurunun yaxınlaşıb onu uzaqlaşdırdığı görünür. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cihaz təhsil mərkəzinə məxsusdur və təbliğat tədbirləri üçün istifadə olunub. Robot hadisədən sonra operatoruna qaytarılıb. Ona ictimai yerlərdə avadanlıq işlədərkən ehtiyatlı olmaq xatırladılıb. Mərkəz nümayəndəsi robotun ərazini tərk etdiyini və qadının telefonunu yoxlayarkən qəfildən sürətini azaltdığı üçün arxasında dayandığını izah edib.
Polis gəldikdən sonra qadın özünü pis hiss etdiyindən xəstəxanaya aparılıb, daha sonra evə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top