“Macarıstan Zelenskinin şantajına uymayacaq” − Orban


“Macarıstan Ukrayna müstəmləkəsi olmayacaq və Ukrayna Prezidenti Volodimir Zelenskinin təhdidlərinə və şantajlarına boyun əyməyəcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu ölkənin Baş naziri Viktor Orban xalqa müraciətində deyib.
O, bütün vətəndaşları 1848-ci il inqilabının milli bayramı olan 15 martda Budapeştdə keçiriləcək “Sülh Yürüşü”nə qoşulmağa çağırdı:
“Gəlin Ukrayna şantajına qarşı birlikdə dayanaq. Macarıstan Ukrayna müstəmləkəsi olmayacaq; Zelenski burda rəhbərlik etmir!”
Baş nazir Kiyevin Macarıstana siyasi təzyiq göstərmək və onu Ukraynanın Aİ-yə daxil olmasına razılıq verməyə məcbur etmək cəhdi ilə tətbiq etdiyi neft blokadasını xatırlatdı:
“Zelenski Macarıstan və Slovakiya üçün həyati əhəmiyyət kəsb etdiyini bilsə də, “Drujba” neft kəmərini bloklamağa davam edir”.
O bildirib ki, Ukrayna hakimiyyəti hələ də martın 11-i Kiyevə gedən bir qrup macar mütəxəssisinə Rusiya neftinin nəql ediləcəyi boru kəmərini yoxlamağa icazə vermir.

DİGƏR XƏBƏRLƏR

Top