
Vaşinqtonun Xarq adasına hücumundan sonra Tehran Əbu-Dabiyə BƏƏ-dəki Amerika hədəflərinə mümkün zərbələr barədə xəbərdarlıq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə SEPAH-ın “Xatam əl-Ənbiya” mərkəzi qərargahının sözçüsü İbrahim Zülfəqari bildirib.
Qeyd edək ki, daha əvvəl Prezident Donald Tramp İran Hörmüz boğazında gəmiçilik hərəkətinə müdaxilə edəcəyi təqdirdə Xarq adasındakı (İran) neft infrastrukturuna zərbə endirəcəyi ilə hədələmişdi.
Zülfəqari iddia edib ki, İran öz suverenliyini və ərazisini qorumaq üçün gəmiçilik limanlarında ABŞ raket buraxılış məntəqələrinə zərbə endirməyin qanuni olduğuna inanır. İran hərbi liderləri həmçinin bildiriblər ki, bir sıra BƏƏ şəhərlərində ABŞ hərbi obyektlərinə və sığınacaqlarına zərbələr də qanunidir.
Tətbiqimizi yükləyə bilərsiniz