Putinin iqamətgahının ətrafında üç kilometrlik təhlükəsizlik zonası yaradılacaq


Rusiyanın Federal Mühafizə Xidməti Soçidə Rusiya prezidentinin iqamətgahı olan “Boçarov Ruçey”in ətrafında üç kvadrat kilometrdən çox ərazini əhatə edən təhlükəsizlik zonası yaratmağı təklif edib.
Yeniavaz.com
“Agentstvo”ya istinadən xəbər verir ki, FMX əmrinin layihəsi tənzimləyici sənədlər portalında yerləşdirilib.
Təhlükəsizlik zonasının sərhədləri həm quruda, həm də dənizdə müəyyən ediləcək. Layihəyə əsasən, zona daxilində vertolyot meydançalarının, atıcılıq meydançalarının, peyntbol və eyrsoft klublarının tikintisi, avtomobil və motosiklet təmiri, heyvanların yetişdirilməsi, zibilxanaların salınması və bannerlərin asılması qadağan ediləcək.
Bu zona daxilində dron uçuşları və su nəqliyyat vasitələrinin lövbər salması (sahilin bir hissəsi istisna olmaqla) da qadağan ediləcək.
Sərəncamda bildirilir ki, FMX təhlükəsizlik zonasında yaşayan insanların hüquqlarının məhdudlaşdırılması nəticəsində dəyən zərəri kompensasiya etməlidir.
Qeyd edək ki, “Boçarov Ruçey” 1991-ci ildən bəri Rusiya prezidentinin rəsmi iqamətgahı kimi xidmət edir. İlk iki müddətində Vladimir Putin dəfələrlə xarici liderləri orada qəbul edib. 2014-cü ildən bəri Putin Müdafiə Nazirliyinin rəhbərliyi ilə eyni binada müntəzəm görüşlər keçirib. Lakin, 2022-ci ildən bəri bu görüşlər keçirilmir. “Proekt”in məlumatına görə, 2024-cü ilin əvvəlində iqamətgahın əsas binası sökülüb.

DİGƏR XƏBƏRLƏR

Top