Nəriman Qomeşlə yeni klubunun stadionunu gəzdi − Video


Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə yeni klubu “Kolambus Kru”nun (ABŞ) stadionu ilə tanış olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, ziyarət komandanın MLS-də “Neşvil”ə qarşı keçirəcəyi oyunu öncəsi baş tutub:
“Uşaqların “Qala” haqqında ilk təəssüratları”, - paylaşımda deyilir.
Qeyd edək ki, görüntülərdə klubun yeni transferi, “Barselona” və “Everton”un sabiq oyunçusu, məşhur futbolçu Andre Qomeş də yer alıb.

DİGƏR XƏBƏRLƏR

Top