“Ədəb-ərkan xatirinə neft infrastrukturunu məhv etmədik” − ABŞ Xarq adasını vurdu


ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərq tarixində ən güclü bombardman kampaniyalarından birini həyata keçirərək İranın Fars körfəzindəki Xarq adasındakı bütün hərbi qurğuları tamamilə məhv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat yayıb.
“Silahlarımız dünyanın ən güclü və mürəkkəb silahlarıdır, amma ədəb-ərkan xatirinə adadakı neft infrastrukturunu məhv etməmək qərarına gəldim. Lakin İran və ya başqa birisi Hörmüz boğazından gəmilərin sərbəst və təhlükəsiz keçidinə mane olmağa çalışarsa, dərhal bu qərarı yenidən nəzərdən keçirəcəyəm”, - Tramp yazıb.
Amerika lideri həmçinin Xarq adasına endirilən zərbələrin görüntülərini əks etdirən bir dəqiqəlik video yayımlayıb.
“The New York Times” qəzeti ABŞ hərbi rəsmilərinə istinadən Xarq adasına endirilən zərbələrin İran raketləri və dəniz minalarının saxlanıldığı anbarları hədəf aldığını bildirir. İran Neft Nazirliyinin yüksək vəzifəli rəsmisi Xarq adasına endirilən zərbələri böyük və dağıdıcı adlandırıb.
İranın cənubundakı Buşəhr əyalətində yerləşən Xarq adası İslam Respublikasının ən böyük neft terminalına ev sahibliyi edir. İranın neft ixracının 90%-dən çoxu oradan keçir.

DİGƏR XƏBƏRLƏR

Top