
ABŞ sanksiyalarının yumşaldılmasından sonra çox sayda ölkə Rusiyadan neft almağa hazırdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
“Bazarlar həqiqətən genişdir və Rusiya neftini almaq istəyənlər çoxdur”, - Kreml sözçüsü deyib.
Qeyd edək ki, bir müddət əvvəl Tayland və Şri-Lanka rəhbərliyi Rusiya neftini almağa başlamaq niyyətlərini açıqlayıb. Amerikanın CNBC televiziya kanalı Yaponiya da daxil olmaqla, Rusiyadan neft idxal etməyə hazır olan ölkələrin uzun bir növbəsi barədə məlumat verib.
Tətbiqimizi yükləyə bilərsiniz