Zelenski Pəhləvi ilə görüşdü


Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında məlumat yayıb.
“Mən Parisdə İran vəliəhd şahzadəsi Rza Pəhləvi ilə görüşdüm. Biz İrandakı və regiondakı vəziyyəti, eləcə də terrorçu rejimə qarşı Amerika əməliyyatını ətraflı müzakirə etdik”, - Zelenski yazıb.
Ukrayna prezidenti qeyd edib ki, Pəhləvi ona ölkə daxilindən gələn siqnallar barədə məlumat verib. Tərəflər həmçinin beynəlxalq təzyiqin vəziyyətə necə təsir edə biləcəyini müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top