
“İranın yeni Ali Lideri Seyid Müctəba Xamenei yaralanıb və çox güman ki, şikəst vəziyyətə düşüb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Naziri Pit Heqset brifinq zamanı deyib.
“Biz bilirik ki, yeni, o qədər də ali olmayan, lider yaralanıb və çox güman ki, şikəst vəziyyətə düşüb. O, dünən olduqca zəif bir bəyanat yayıb, orada onun səsi və ya videosu yer almayıb. Bu, yazılı bir bəyanat idi. O, birliyə çağırıb. İranda çoxlu kamera və səs yazıcı var. Bəs niyə yazılı bir bəyanat? Düşünürəm ki, başa düşürsünüz niyə”, - Pentaqonun rəhbəri deyib.
Tətbiqimizi yükləyə bilərsiniz