
ABŞ və İsrailin hava hücumları nəticəsində İranda 220-dən çox qadın və 200-dən çox azyaşlı həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ABŞ və İsrailin hava hücumlarında ən azı 223 qadın və 18 yaşdan kiçik 202 uşaq, o cümlədən beş yaşdan kiçik 12 uşaq həlak olub. 2729 qadın və 1190 azyaşlı yaralanıb, onlardan 41-i iki yaşdan kiçik uşaqdır.
İSNA xəbər agentliyi həmçinin ölkənin səhiyyə infrastrukturuna ciddi ziyan dəydiyini bildirib. Zərbələr nəticəsində 152 tibb mərkəzi və 32 təcili yardım maşını zədələnib, altı xəstəxanadan xəstələrin və işçilərin tamamilə təxliyə edilməsinə səbəb olub. On altı tibb işçisi vəzifə başında həlak olub.
Tətbiqimizi yükləyə bilərsiniz