
İran münaqişənin başlanğıcından bəri İsrail ərazisinə ən ağır raket hücumunu həyata keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı general Məcid Musəvi məlumat yayıb.
“İşğal olunmuş ərazilərdəki konkret hədəflərə bir ilə iki ton arasında çəkidə otuz super ağır ballistik raket atılıb. Bu əməliyyat İsrail rejiminin vacib hava müşahidə sistemlərini sıradan çıxarıb və məhv edib. Bu, rejimə ən ağır döyüş hücumu idi. İndi rejimin səmasının başqa bir hissəsi bizim nəzarətimizdədir”, - Musəvi yazıb.
Tətbiqimizi yükləyə bilərsiniz