
“Mançester Siti”nin ispaniyalı baş məşqçisi Xosep Qvardiola Premyer Liqada fevral ayının ən yaxşı məşqçisi seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, fevral ayında Pep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” beş oyun keçirib, dördündə qələbə qazanıb və birində heç-heçə edib.
“Şəhərlilər” “Tottenhem”lə (2-2) xalları bölüşüblər. Daha sonra klub “Liverpul”u (2-1), “Fulhem”i (3-0), “Nyukasl Yunayted”i (2-1) və “Lids Yunayted”i (1-0) məğlub edib.
Namizədlər arasında Qvardiola ilə yanaşı, Kit Endryu (“Brentford”), Maykl Kerrik (“Mançester Yunayted”) və Arne Slot (“Liverpul”) da olub.
Digər tərəfdən, Qvardiola İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi mükafatını qazanan üçüncü məşqçisi olub. Fevral ayının sonunda Qvardiola 12-ci mükafatını alaraq, hazırda “Everton”a rəhbərlik edən Devid Moyesi (11) geridə qoyub. Bu siyahıda lider “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyusondur (27). Onun ardınca isə “Arsenal”dakı işi ilə tanınan Arsen Venger (15) gəlir.
Tətbiqimizi yükləyə bilərsiniz