
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 3 min 481 baş donuz mövcud olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki illə müqayisədə donuzların sayı 2025-ci ildə 12,2% və ya 378 baş artıb.
Açıqlanan məlumatlardan belə görünür ki, 2025-ci ildə Gəncə şəhərində donuzların sayı 100% azalıb. Belə ki, 2024-cü ildə Gəncə şəhərində 29 baş donuz olduğu halda, ötən ilin sonunda donuz qeydə alınmayıb.
Daşkəsən, Göygöl, Ağdərə, Tərtər, Quba, Qusar və Sabirabad rayonlarında isə 2024-cü ildə donuz olmadığı halda, ötən il 372 baş donuz mövcud olub.
Son 3 ildə Azərbaycanın şəhər və rayonlarında donuzların sayı belə olub:

Məlumat üçün onu da bildirək ki, Dövlət Statistika Komitəsinin 16 yanvar 2026-cı il tarixli “İribuynuzlu mal-qara, qoyun, keçi, donuz və quşların baş sayı və heyvandarlıq məhsullarının istehsalı” adlı bülletenində göstərilib ki, 2025-ci ilin yekununda donuzların sayı 2 890 baş olub (səhifə 6).

Ancaq 2 ay sonra – Dövlət Statistika Komitəsinin 10 mart 2026-cı il tarixli “2026-cı il yanvarın 1-i vəziyyətinə heyvanların, quşların və arı ailələrinin sayı” adlı bülletenində göstərilir ki, donuzların sayı 2025-ci ilin yekununda 3 481 baş olub (səhifə 17).

Onu da bildirək ki, bu ilin fevral ayının 10-da Dövlət Statistika Komitəsinə yeni sədr təyin olunub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz