Azərbaycanda ən yüksək və ən aşağı əməkhaqqı hansı sahələrdə verilir? – Siyahı


Xəbər verdiyimiz kimi, bu ilin yanvar ayında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 103 manat 80 qəpik olub.
Yeniavaz.com
Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, ən yüksək maaş mədənçıxarma sənayesində qeydə alınıb və bu sahədə orta aylıq əməkhaqqı 3 min 787,9 manat təşkil edib.
Yüksək əməkhaqqı göstəriciləri olan sahələr sırasında maliyyə və sığorta fəaliyyəti (2 872,6 manat), informasiya və rabitə (1 929,9 manat) və peşə, elmi və texniki fəaliyyət (1 770,1 manat) də yer alıb.
Ən aşağı orta aylıq əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunda qeydə alınıb və bu sahədə maaş 687,8 manat təşkil edir.
İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə orta aylıq əməkhaqqı aşağıdakı kimi olub:
Mədənçıxarma sənayesi – 3787,9 manat;
Maliyyə və sığorta fəaliyyəti – 2872,6 manat;
İnformasiya və rabitə – 1929,9 manat;
Peşə, elmi və texniki fəaliyyət – 1770,1 manat;
Nəqliyyat və anbar təsərrüfatı – 1548,1 manat;
Dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1434,7 manat;
Tikinti – 1236,9 manat;
Digər sahələrdə xidmətlərin göstərilməsi – 1220,5 manat;
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 1168,1 manat;
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 1063,5 manat;
Emal sənayesi – 1025,4 manat;
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi – 940,7 manat;
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 846,6 manat;
Təhsil – 816,9 manat;
Turistlərin yerləşdirilməsi və ictimai iaşə – 794,9 manat;
İnzibati və yardımçı xidmətlərin göstərilməsi – 773,5 manat;
Ticarət; nəqliyyat vasitələrinin təmiri – 754,2 manat;
Su təchizatı, tullantıların təmizlənməsi və emalı – 743,7 manat;
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 687,8 manat.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top