
İrandakı hazırkı silahlı münaqişə BMT üçün sonun başlanğıcı olacaq.
Yeniavaz.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Beqai deyib.
“İrana qarşı müharibə BMT üçün qlobal səhnədə sonun başlanğıcıdır, çünki bu təşkilat ölkəmizə qarşı təcavüzlə bağlı düzgün mövqe tuta bilməyib”, - Baqai nildirib.
Sözcü bildirib ki, BMT Təhlükəsizlik Şurasının İranla bağlı dünənki qətnaməsi hüquqdankənar və tamamilə qanunsuzdur:
“Heç nə xalqın ayrılmaz özünümüdafiə hüququnu ləğv edə bilməz. Bu qətnamə BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərini təhrif edir. Bu qətnamə BMT Təhlükəsizlik Şurası sisteminin tənəzzülə uğradığını sübut edir. Şura ABŞ ilə İsrailin İrana qarşı təcavüzünü birmənalı və qətiyyətlə pisləməli idi. Bunun əvəzinə o, İranı pisləmək qərarına gəldi”.
Tətbiqimizi yükləyə bilərsiniz