
İranın mərhum Ali Lideri Əli Xameneinin yoldaşının ölümü ilə bağlı xəbərlər təkzib edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
“Mərhum inqilab liderinin həyat yoldaşının sağ olduğu və onun ölümü ilə bağlı ilkin xəbərlərin səhv olduğu elan edilir”, - bəyanatda deyilir.
Xatırladaq ki, martın 2-si “Əl-Aləm” İranın mərhum Ali Liderinin yoldaşı Mənsurə Xocastə Bağerzadənin yaralanmasından bir neçə gün sonra vəfat etdiyini bildirib. Müxalifət televiziya kanalı “İran İnternational” onun komada olduğunu iddia edib.
Tətbiqimizi yükləyə bilərsiniz