
Türkiyədə səfərdə olan BMT Baş katibi Antonio Quterreş “Atatürk Beynəlxalq Sülh Mükafatı”na layiq görülüb.
Yeniavaz.com xəbər verir ki, mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.
BMT Baş katibi Antonio Quterreş öncə prezident Ərdoğanla təkbətək görüşüb. Daha sonra ona mükafat təqdim olunub.
Mərasimdə çıxış edən Türkiyə prezidenti Quterreşə xidmətlərinə görə təşəkkürünü bildirib.
Antonio Quterreş də regional stabillik üçün atılan addımlara görə Türkiyəyə türk dilində təşəkkür edib.
BM Genel Sekreteri Antonio Guterres’e Atatürk Uluslararası Barış Ödülü Takdimi https://t.co/lVR1QFKFhs
— Recep Tayyip Erdoğan (@RTErdogan) March 12, 2026
Tətbiqimizi yükləyə bilərsiniz