
UEFA Çempionlar Liqası pley-off mərhələsinin ikinci oyunu üçün “Həftənin oyunçusu” mükafatına namizədləri açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, namizədlər arasında İspaniyanın ikinci çempionu “Real Madrid” klubunun uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde, Almaniya çempionu “Bavariya”nın yarımmüdafiəçisi Maykl Olise, “Atletiko Madrid”in hücumçusu Xulian Alvares və Fransa çempionu PSJ-nin qanad oyunçusu Xviça Kvaratskhelia yer alır.
Qeyd edək ki, səsvermə UEFA-nın rəsmi saytında keçirilir.
Tətbiqimizi yükləyə bilərsiniz