
İranda baş verən hadisələr TRIPP layihəsinin həyata keçirilməsini gecikdirə bilər.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə bildririb.
“ABŞ administrasiyasının, ən azı indilik, TRIPP-i prioritet hesab etmədiyi aydındır. Təəssüf ki, bu vəziyyətin bu proseslərin vaxtına təsir etmə ehtimalı yüksəkdir. Əgər məlum olsa ki, təsir etməyəcək, bu daha da yaxşı”, - o, əlavə edib.
Digər tərəfdən, İrandakı vəziyyətin Ermənistan iqtisadiyyatına təsiri ilə bağlı sualları cavablandıran Baş nazir yüksək inflyasiya təhlükəsi yaranarsa, tədbirlər görüləcəyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz